...

Hacıqabulda daha bir zəlzələ olub

Hadisə Materials 25 Dekabr 2019 11:14 (UTC +04:00)
Hacıqabul rayonunda növbəti dəfə zəlzələ baş verib.
Hacıqabulda daha bir zəlzələ olub

Bakı. Trend:

Hacıqabul rayonunda növbəti dəfə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 10:49-da Qobustan stansiyasından 36 km cənub-qərbdə Hacıqabul ərazisində qeydə alınıb.

Maqnitudası 3.5, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, dünən yerli vaxtla saat 16:58-də Əli Bayramlı seysmik stansiyasından 32 kilometr şimal-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti