...

Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Hadisə Materials 26 Dekabr 2019 14:15 (UTC +04:00)
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.
Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakı. Trend:

Dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti