...

Aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlandı

Hadisə Materials 30 Dekabr 2019 19:18 (UTC +04:00)
Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilər nəzarətə götürülüb
Aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlandı

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Mercedes Benz 0403" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə əməliyyat məlumatı daxil olub və həmin avtomobil nəzarətə götürülüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz gömrük postunun inzibati binasına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük yerində olan karton qutularda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərlərində "Ballatines" yazılan 24 ədəd 1 litrlik, "Jagermaster" yazılan 1 ədəd0,5 litrlik, "Royal Park" yazılan 12 ədəd 1litrlik, "Yeni Rakı" yazılan 15 ədəd0,5 litrlik, "Yeni Rakı" yazılan 24 ədəd0,7 litrlik, "Yeni Rakı" yazılan 18 ədəd 1 litrlik və "Jameson" yazılan 5 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti