...

Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

Hadisə Materials 15 Yanvar 2020 14:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda əcnəbi vətəndaşın mağazası qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Sadam Muhammed Firuzşah oğlu polisə müraciət edərək bildirib ki, Qara Qarayev prospekti 25/29-da işlətdiyi "Lady Star" geyim mağazasına gələn naməlum şəxs özünü kamera ustası kimi təqdim edərək mağazanın kassasından 200 manatı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti