Bakı. Trend:
Gəncədə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli tikilinin birinci mərtəbəsində sahəsi 35 kv.m olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.