...

Xızıda avtomobil və 40 baş keçi oğurlanıb

Hadisə Materials 4 Fevral 2020 13:59 (UTC +04:00)
Avtomobil qaçırmaqda və soyğunçuluq yolu ilə 40 baş keçini aparmaqda şübhəli bilinən E.Sadıqov saxlanılıb.
Xızıda avtomobil və 40 baş keçi oğurlanıb

Bakı. Trend:

Avtomobil qaçırmaqda və soyğunçuluq yolu ilə 40 baş keçini aparmaqda şübhəli bilinən E.Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Yaşma kəndi ərazisindən Sumqayıt şəhər sakini R.Sadıqova məxsus “Niva” markalı avtomobili qaçırmaqda və yanvarın 28-də Yaşma qəsəbəsi ərazisində Qobustan rayon sakini V.Məmmədovun otardığı 40 baş keçini soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən qəsəbə sakini E.Sadıqov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti