...

Bakıda yük maşınını qaçıran şəxs tutuldu

Hadisə Materials 14 Fevral 2020 09:43 (UTC +04:00)
Binəqədi rayonu ərazisində yük maşını qaçırılıb.
Bakıda yük maşınını qaçıran şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Binəqədi rayonu ərazisində yük maşını qaçırılıb.

Baş DYP İdarəsindən Trend-ə verilən məlumata görə, 14.02.2020-ci il tarixdə saat 03:45 radələrində “ZİL-MMC-4512” markalı, 50-DA-951 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Sulutəpə qəsəbəsindən qaçırılması barədə Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsindən verilmiş məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb.

Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 1974-cü il təvəllüdlü Ağayev Yusif Heydər oğlu və 1980-ci il təvəllüdlü Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti