...

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 9 Mart 2020 13:45 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, martın 1-də rayonun Qaracaəmirli kəndindəki internet klubdan ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.
Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Şəmkir rayonunda internet klubdan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, martın 1-də rayonun Qaracaəmirli kəndindəki internet klubdan ümumi dəyəri 6500 manat olan 4 ədəd müxtəlif markalı televizor və 4 ədəd oyun aparatı oğurlanıb.

Şəmkir RPŞ əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 29 yaşlı Fuad İbrahimov və əvvəllər məhkum olunmuş 27 yaşlı Ayxan Hüseynov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təqdim ediliblər. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti