...

Bakıda kredit təşkilatına məxsus avtomobil oğurlandı

Hadisə Materials 12 Mart 2020 10:38 (UTC +04:00)
Bakıda avtomobil oğurlanıb.
Bakıda kredit təşkilatına məxsus avtomobil oğurlandı

Bakı. Samir Əli - Trend:

Bakının Yasamal rayonunda avtomobil oğurlanıb.

Trend-in məlumatına görə, Yasamal rayonu, Yeni Yasamal 1, ev 9-un qarşısında, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Hüseynov Vaqif Arif oğlunun idarə etdiyi, Bərdə rayonunda yerləşən "Brand Credit" kredit təşkilatına məxsus "VAZ 21144" markalı 90 AA 150 dövlət nömrə nişanlı avtomobil oğurlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil paytaxtın Qaradağ rayonu ərazisindəki "Bina" Ticarət Mərkəzinin qarşısında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti