Bakı. Trend:
Quldurluqda şübhəli bilinən 3 nəfər yaxalanıb.
Daxili İşlər Naziliyindən Trend-ə verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də paytaxt sakini E.İmanovu bıçaqla hədələyib içərisində 520 manat, 720 dollar və bankomat kartları olan pulqabısını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Nəsirov, T.Əliyev və Cəlilabad rayon sakini H.Məlikov saxlanılıblar.