...

Güclü külək Ramanada daş hasarı qaz xəttinin üzərinə aşırdı (FOTO)

Hadisə Materials 15 Aprel 2020 11:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti