...

Sabunçuda qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

Hadisə Materials 17 Aprel 2020 12:49 (UTC +04:00)
Sabunçuda qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

Bakı. Samir Əli - Trend:

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini A.Vlasova vurulub və o, xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti