...

Anasının fermasından 71 baş keçi oğurlayan Şəki sakini tutuldu

Hadisə Materials 29 Aprel 2020 20:57 (UTC +04:00)
Anasının fermasından 71 baş keçi oğurlayan Şəki sakini tutuldu

Bakı. Trend:

71 baş keçi oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini Ş.Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-dan aprelin 27-dək olan müddətdə Ləkit kəndi ərazisində Şəki rayon sakini A.Məmmədovaya məxsus fermadan 71 baş keçi oğurlamaqda şübhəli bilinən oğlu Ş.Məmmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti