Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə, Taxtakörpü-Ceyranbatan su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.