...

Qazax və Ağstafada silah-sursat tapılıb (FOTO)

Hadisə Materials 19 May 2020 03:29 (UTC +04:00)
Qazax və Ağstafada silah-sursat tapılıb (FOTO)

Bakı. Trend:

2020-ci il 18 May tarixində saat 14:22-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 1 ədəd əl qumbarasının və Ağstafa rayonunun Ağgöl kəndi ərazisində 1 ədəd 60 mm-lik minaatan mərmisinin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin rayonlara göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş rayonların ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonu, Bala Cəfərli kəndi ərazisindən 1 ədəd F-1 əl qumbarasına oxşar əşya, Ağstafa rayonu, Ağgöl kəndi ərazisindən isə 4 ədəd təlim məqsədli 60 mm-lik minaatan mərmisi (40M13 İN) və 8 ədəd təlim məqsədli 30 mm-lik silah qumbarası (VUS-17) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əşyanın və təlim məqsədli mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti