...

Bakıda yaşayış kompleksində "BMW" aşdı, 20 yaşlı oğlan öldü

Hadisə Materials 10 İyun 2020 10:20 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıda yaşayış kompleksində "BMW" aşdı, 20 yaşlı oğlan öldü

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti 15 ünvanındakı "Azure" yaşayış kompleksinin qarşısında baş verib.

Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Tofiq Mütəllimov İdarə etdiyi 99 KD 998 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə nəticəsində özü və sərnişini, 2004-cü il təvəllüdlü Mirişli Qəhrəman Tərlan oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sürücü xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti