...

Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi

Hadisə Materials 26 İyun 2020 09:31 (UTC +04:00)
Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.
Bakıda gənc qızın kirayə qaldığı ev qarət edildi

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən oğurluq edən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov küçəsində yerləşən mənzillərin birində baş verib. Kirayəşin 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın yaşadığı mənzildən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və 2 ədəd ümumi dəyəri 600 manat mobil telefonları oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti