...

Bakıda "Hyundai" yanıb

Hadisə Materials 29 İyun 2020 08:57 (UTC +04:00)
Bakıda "Hyundai" yanıb

Bakı. Trend:

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti