...

Ramanadakı yanğın söndürülüb - FHN (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 6 İyul 2020 12:27 (UTC +04:00)
Bakıda daha bir güclü yanğın başlayıb.
Ramanadakı yanğın söndürülüb - FHN (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Ramana qəsəbəsində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

09:48

Bakıda daha bir güclü yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsində fərdi evlərdən birində baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti