...

Sabunçuda 4 otaqlı ev yanıb

Hadisə Materials 9 İyul 2020 19:06 (UTC +04:00)
Sabunçuda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 20 kv.m sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti