...

Bakıda polis əməliyyat keçirdi: Maştağada həyətində narkotik becərən şəxs saxlanıldı

Hadisə Materials 21 Avqust 2020 09:07 (UTC +04:00)
Bakıda həyətində narkotik becərən şəxs yaxalanıb.
Bakıda polis əməliyyat keçirdi: Maştağada həyətində narkotik becərən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Bakıda həyətində narkotik becərən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Maştağa qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı qəsəbə sakiniİmaməli Ağayevin həyətində çəkisi 92,30 qram olan çətənə kolu və 37,188 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti