...

Kaliforniyada meşə yanğınlarının söndürülməsi zamanı 14 nəfər xəsarət alıb

Hadisə Materials 9 Sentyabr 2020 05:54 (UTC +04:00)
Kaliforniyada meşə yanğınlarının söndürülməsi zamanı 14 nəfər xəsarət alıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının mərkəzi hissəsində təbii meşə yanğınlarını söndürərkən yanğınsöndürənlər də daxil olmaqla 14 nəfər müxtəlif dərəcəli yanıqlar alıb və ya tüstüdən zəhərlənib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Meşə təsərrüfatı xidməti məlumat verib.

Bildirilir ki, yaralananlardan üçü hava yolu ilə Fresno şəhərindəki xəstəxanaya çatdırılıb. Bir nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Ştatın Milli Qvardiyası daha əvvəl Syerra milli meşə parkında 150-dən çox insanın meşə yanğınlarından xilas olduğunu xəbər verib. Mümkün qədər çox adam çıxarmaq üçün ora əlavə vertolyotlar göndərilib.

Qubernator Qevin Nyusom bildirib ki, bu il Kaliforniyadakı meşə yanğınlarının ümumi sahəsi təxminən 930,7 min hektara qədər artıb. Bu göstərici ölkənin tarixində rekord səviyyədir. Əvvəlki rekord 2018-ci ildə olub - təqribən 793,2 min hektar. Yanğın 3 959 evi və binanı dağıdıb və ya ziyan vurub. Təbii fəlakət qurbanlarının sayı dəyişməyib və səkkiz nəfərdir.

Sentyabrın 5-də Los Anjelesdəki istinin hərarəti Selsi üzrə 49.4 dərəcəyə çatıb. ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, bu rekord göstəricidir ki, əvvəlki maksimum 22 iyul 2006-cı ildə 48.3 dərəcə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti