...

Sumqayıtda iki obyekt yanıb

Hadisə Materials 10 Dekabr 2020 23:13 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan mebel sexinin yanar konstruksiyaları və sahəsi 20 m² olan meyvə-tərəvəz mağazasının taxtadan ibarət dam örtüyü 2 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti