...

Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb

Hadisə Materials 16 Yanvar 2021 10:55 (UTC +04:00)
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Yanvarın 15-də respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 48 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti