...

Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)

Hadisə Materials 25 Yanvar 2021 12:08 (UTC +04:00)
Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb., istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti