...

Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb edildi

Hadisə Materials 5 Fevral 2021 17:29 (UTC +04:00)
Samuxda qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb edildi

Bakı. Trend:

Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Nəbiağalı qəsəbə sakinləri İsgəndər Məmmədovdan 16 kalibirli müvafiq sənədləri olmayan tək lüləli, istifadəyə yararlı “TOZ” markalı tüfəng, Qurban Məmmədovdan isə 1 ədəd 16 kalibirli, tək lüləli tüfəng aşkar edərək götürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, hazırda faktlarla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti