...

Bakıda silahlı şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 11 Fevral 2021 13:30 (UTC +04:00)
Bakıda silahlı şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Nəsimi Rayon İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şöbəyə əvvəllər dəfələrlə məhkum olunmuş Əli Ağayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs qısa zamanda tutularaq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 2 ədəd patron aşkar olunaraq götürülüb. Əli Ağayev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapdığını buna baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.

Faktlarla bağlı 22-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti