...

İndoneziyada 5,8 bal gücündə zəlzələ olub

Hadisə Materials 23 Fevral 2021 02:42 (UTC +04:00)
İndoneziyada 5,8 bal gücündə zəlzələ olub

Bakı. Trend:

İndoneziyanın mərkəzi bölgəsində yerləşən Sulavesi əyalətində Rixter cədvəli ilə 5.8 bal gücündə zəlzələ baş verib.

Trend-in Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Meteorologiya və geofizika agentliyi məlumat yayıb.

Hadisə Cakarta vaxtı ilə saat 02:22-də (23:22 GMT+4 Bazar ertəsi) episentri Buol rayonunun 90 km şimal-şərqində, ocağı isə 10 kilometr dərinlikdə olmaqla qeydə alınıb.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti