...

Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub

Hadisə Materials 2 Mart 2021 05:02 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub, 25 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti