...

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)

Hadisə Materials 8 Mart 2021 11:06 (UTC +04:00)
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 2 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti