...

Ucar rayon mədəniyyət evinin müdiri əxlaqsızlığa görə həbs edildi

Hadisə Materials 26 Mart 2021 11:47 (UTC +04:00)
Ucar rayon mədəniyyət evinin müdiri əxlaqsızlığa görə həbs edildi

Bakı. Samir Əli - Trend:

Ucar rayon mədəniyyət evinin müdiri həbs edilib.

Trend-in məlumatına görə, rayon mədəniyyət evinin müdiri Rəfail Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşın şikayəti əsasında saxlanılaraq azyaşlıya qarşı əxlaqsızlıqda təqsirləndirilib. R.Hüseynov Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

R Hüseynova qarşı Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham elan olunub.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti