...

Zaqatalada "Nissan" beton maneəyə çırpılıb, ölən var

Hadisə Materials 28 Mart 2021 10:25 (UTC +04:00)
Zaqatalada "Nissan" beton maneəyə çırpılıb, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu ərazisində “Nissan” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpılması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1987-ci il təvəllüdlü İsmayılov Camal Əfəndi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti