...

Ucarda mikroavtobusla evakuator toqquşub

Hadisə Materials 7 May 2021 09:41 (UTC +04:00)
Ucarda mikroavtobusla evakuator toqquşub

Bakı. Trend:

Ucarda yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində “Ford” markalı mikroavtobus və “İsuzu” markalı evakuatorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti