...

Küçədə aşkarlanan koronavirus xəstəsi evə qaytarılıb

Hadisə Materials 19 May 2021 13:09 (UTC +04:00)
Küçədə aşkarlanan koronavirus xəstəsi evə qaytarılıb

Bakı. Samir Əli - Trend:

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 16-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini X.İmanıyev ictimai yerdə aşkar edilərək saxlanılıb.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti