...

Gəncədə fərdi yaşayış evi yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 May 2021 06:34 (UTC +04:00)
Gəncədə fərdi yaşayış evi yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, N.Gəncəvi prospektində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, 1957-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğluna məxsus ümumi sahəsi 115 m² olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Yüksək temperaturdan ümumi sahəsi 75 m² olan birmərtəbəli ikiotaqlı bitişik evin çardağının taxta atmaları qarsalanıb, 2 ədəd pəncərə çərçivəsi qırılıb.

Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi F.Əliyevin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

xxx

00:19

Gəncə şəhərinin Kəpəz rayonu, Nizami Gəncəvi prospektində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində məhdudlaşdırılaq tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti