...

Binəqədidə ağaclıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 İyun 2021 18:19 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Binəqədidə ağaclıq ərazidə başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Müki Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb olunub.

Həyata keçirilən operativ tədbirlət nəticəsində qısa zamanda yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

***

17:25

Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti