...

Rusiyanın şərqində sutka ərzində beş zəlzələ qeydə alınıb

Hadisə Materials 11 İyul 2021 07:09 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın şərqində Saxalin vilayəti akvatoriyasında son sutka ərzində 4.8 maqnitudaya qədər beş zəlzələ qeydə alınıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsi bildirilib.

"3.7 ilə 4.8 maqnitudası arasında 4 zəlzələ Sakit okeanda Kuril adaları (Saxalin vilayəti) yaxınlığında baş verib. Daha biri, 2.0 bal gücündə Saxalinin cənub-şərq sahillərində qeydə alınıb", - məlumatda deyilir.

Yerli sakinlər yeraltı təkanları hiss etməyiblər. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti