...

Salyanda ikiotaqlı ev yanıb, bir nəfər xilas edilib

Hadisə Materials 22 Avqust 2021 08:44 (UTC +04:00)
Salyanda ikiotaqlı ev yanıb, bir nəfər xilas edilib

Bakı. Trend:

Salyan rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti