...

Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb (VİDEO)

Hadisə Materials 3 Sentyabr 2021 13:33 (UTC +04:00)
Qəbələdə dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti