...

Ağcabədi sakini özünü güllələyib

Hadisə Materials 9 Sentyabr 2021 12:58 (UTC +04:00)
Ağcabədi sakini özünü güllələyib

Bakı. Humay Ağacanova -Trend:

Ağcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti