...

Abşeronda konteyner yanıb

Hadisə Materials 21 Sentyabr 2021 08:49 (UTC +04:00)
Abşeronda konteyner yanıb

Bakı. Trend:

Abşeron rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət konteynerin içərisinə yığılan tikinti materialları və 1 ədəd kondisioner yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti