...

Ramanada ustanı cərəyan vurub öldürüb

Hadisə Materials 11 Oktyabr 2021 10:57 (UTC +04:00)
Ramanada ustanı cərəyan vurub öldürüb

Bakı. Samir Əli - Trend:

Ramanada ustanı cərəyan vurub öldürüb.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti