...

Bakıda Yaşayış Kompleksində yanğın söndürülüb

Hadisə Materials 13 Oktyabr 2021 21:01 (UTC +04:00)
Bakıda Yaşayış Kompleksində yanğın söndürülüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.

Qurumdan Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti