Bakı. Samir Əli - Trend:
2021-ci il ərzində dənizdə batmaq təhlükəsi ilə üzləşən 223 nəfər xilas edilib.
Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini, polkovnik Fəxrəddin Məmmədov deyib.
Rəis müavini bildirib ki, bu müddət ərzində FHN-in nəzarət etdiyi çimərliklərdə ölüm halı qeydə alınmayıb.