...

Yevlaxda "patı" satan dəstə yaxalandı

Hadisə Materials 15 Oktyabr 2021 16:52 (UTC +04:00)
Yevlaxda "patı" satan dəstə yaxalandı

Bakı. Samir Əli - Trend:

Yevlax rayonunda “patı” və digər narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Yevlax şəhərində yaşayan İlhamə Ağayeva saxlanılaraq RPŞ-yə gətirilib. Şəxsi axtarış zamanı ondan heroin və marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı onun narkotik vasitələri Yevlax şəhər sakini Ziyad Qurbanovdan aldığı müəyyən edilib. Z.Qurbanov polis əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə metamfetamin, marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağla Yevlax RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti