...

Xocavənddə yük maşınında qanunsuz daşınan 7 ton dəmir, 2 baş heyvan aşkarlanıb

Hadisə Materials 6 Noyabr 2021 11:44 (UTC +04:00)
Xocavənddə yük maşınında qanunsuz daşınan 7 ton dəmir, 2 baş heyvan aşkarlanıb

Bakı. Samir ƏIi - Trend:

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib. Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib.

Fatla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti