...

Bərdədə oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 15 Noyabr 2021 15:21 (UTC +04:00)
Bərdədə oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər rayon sakini Arabaçılar kəndində yerləşən özünə məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Şəhriyar Şahmalızadə və Tural Vəliyev saxlanılıb. Onların 3100 manat pul və qızıl-zinət aşyaları oğurladıqları aşkar olunub. Ş.Şahmalızadənin ətrafında aparılan tədbirlərlə kənd ərazisində yerləşən daha bir evdən də mətbəx əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti