...

Bərdədə ağacların kütləvi kəsilməsi ilə bağlı cinayət işi başlandı

Hadisə Materials 16 Noyabr 2021 10:12 (UTC +04:00)
Bərdədə ağacların kütləvi kəsilməsi ilə bağlı cinayət işi başlandı

Bakı. Samir Əli - Trend:

Bərdədə ağacların kütləvi kəsilməsi ilə bağlı cinayət işi başlanıb.

Bərdə Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bərdə rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə ETSN-in 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Araşdırma ila müəyyən edilib ki, qeyd edilən ərazidə 58 ədəd qovaq ağacı kəsilərək məhv edilmiş və nəticədə təbiətə 12 min 590 manat məbləğində ziyanın dəyib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.1 (qanunsuz ağac kəsmə təkrar törədildikdə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti