...

Azərbaycanda daha bir zəlzələ qeydə alınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 20 Noyabr 2021 19:31 (UTC +04:00)

Bakı. Trend:

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

Trend-in AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 42 km olub.

Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

XXX

17:20

Bu gün Şamaxıda zəlzələ olub.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ Bakı da daxil olmaqla, bir çox rayonlarda hiss olunub.

"Zəlzələ yerli vaxtla saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub" - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti