...

Masallı sakini özünü güllələdi

Hadisə Materials 18 Dekabr 2021 12:25 (UTC +04:00)
Masallı sakini özünü güllələdi

Bakı. Samir Əli - Trend:

Masallı sakini özünü güllələyib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə dekabrın 17-də Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti